Reklam verin!
maraqlı xəbərlər, yazılar, şəkillər
Qərargah rəisi və Xarici işlər Naziri də yeni şəxslər oldu

Ermənistanın yeni seçilən prezidenti dünən və bu gün ordu rəhbərliyinə və xarici işlər naziri postuna yeni kadrlar təyin edib.
Gözlənildiyi kimi xarici işlər naziri vəzifəsinə Ermənistanın Fransada səfiri işləmiş Eduard Nalbəndyan təyin olunub.
 

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: Aprel 15, 2008 11:49 | Qarabağ | Şərhlər(0) | Baxış sayı: 25

2 mindən artıq insan metroda şalvarsız qaldı

QayNar: ABŞ-ın  Nyu York şəhərində düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyası ilginc görüntülərlə yadda qaldı. Metroya mindikdən sonra, şalvarlarını çıxararaq alt paltarları ilə qalan aksiya iştirakçılarını görən sərnişinlər çaşqınlıqlarını gizlədə bilməyiblər.
Bu il 7-ci dəfə düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyasının ideya sahibi "İmprove Everywhere" adlı bir qrupdur.  Bu aksiya ilə metroya minənlərə əyləncəli dəqiqələr yaşatmağı məqsəd seçən flaşmoba 2 mindən artıq könüllü qatılıb.

Davamı burada


Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: Yanvar 16, 2008 11:32 | Maraqlı xəbərlər | Şərhlər(0) | Baxış sayı: 66

masonMason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır

Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər verilib.
Məqalədə lojanın qurucusu olmaq istəyən "qardaşların” adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük sevinc və fəxrlə tamamladıqlarını deyiblər.

Davamı burada


Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: Yanvar 16, 2008 11:26 | Cəmiyyət | Şərhlər(0) | Baxış sayı: 96


 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. İclasda Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər, perspektivlər" kitabları Məşvərət Şurasının üzvlərinə paylanılıb. Kitabda Komitənin təşkilatçılığı ilə 3-4 aprel 2007-ci il tarixdə keçirilmiş beynəlxalq konfransın materialları, prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub, tədbirdəki çıxış və məruzələr daxil edilib.  

Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: Dekabr 20, 2007 2:10 | Cəmiyyət | Şərhlər(0) | Baxış sayı: 68

 "Hakimiyyət sərbəst toplaşma hüququnun məhdudlaşdırılmasının yeni mərhələsini həyata keçirir. Bu mərhələdə hətta kütləvi aksiyalar üçün nəzərdə tutulan yerlərdə də tədbirlər keçirməyə icazə verilmir."

Söz Azadlığının Müdafiə Komitəsi Azərbaycanda insan haqlarının pozulmasına, azad mətbuata təzyiqlərə, jurnalistlərin qanunsuz həbsinə etiraz olaraq 22 dekabr 2007-ci ildə «Ukrayna» meydanında mitinq və 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə görüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişdi. Bu gün, yəni 19 dekabr 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti yenidən Azərbaycanın Konstitusiyasının və «Sərbəst toplaşmaq haqqında» Qanunun tələblərini pozaraq həmin aksiyaların keçirilməsinə icazə verməyib.

Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: Dekabr 20, 2007 2:06 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 57

Qabaqki yazılar

  Yazılar cəmi: 29    Sonrakı səhifə »