Reklam verin!

Reket özünüzsünüz

Murad Köhnəqala

Bilirsinizmi, hakimiyyətdəkilər narazı xalqı necə sakitləşdirir? Daha doğrusu. xalqın başını necə yozur? Müstəqilliyimiz var, deyirlər. Dövlətmiz var, bayrağımız var, himnimiz, gerbimiz var deyirlər. Yəni xalqa tapşırıblar ki, siz gedin, bayraq-gerbnən fəxr eləməknən məşğul olun, dövlət-sərvət – bu işlərlə biz məşğul olacağıq.
Azərbaycan Respublikasının yaşını keçən əsrin 20-ci illərindən hesablayırlar. Cümhuriyyət tariximiz qızıl səhifələrə düşsə də, yeni dövlətçilik tariximiz 1920-ci ildən 2007-ci ilə qədər sayılmamalıdır, çünki ortada böyük bir rus istilası uzanıb. İki ilə qədər Məhəmmədəmin Respublikası, bir ilə qədər də Elçibəy hakimiyyəti duruş gətirib. İkisi bir yerdə birtəhər 3 il eləyir. 1993-cü ildən isə Heydər Əliyev komandasının zorla hakimiyyətə gəlməsi tarixi kimi hesablanır. Yəni belə götürəndə yeni dövlətçilik tariximiz, dövlətçilik qürurumuzun 4-5 yaşı ola-olmaya. Yəni bağça yaşındakı bir uşaq. Ona görə də yırtıcı məmurlar o bağça uşağının gah çörəyini, gah yağını, gah qəndini, gah komasını, nə bilim, gah paltarını oğurlayır. Gah qazını kəsir, gah işığını. Deməyim odur ki,  yapçıların hakimiyyəti dövrü dövlətçilik yox, soyğunçuluq dövrü kimi tarixə düşəcək.


Düz 132 il bundan qabaq Həsən bəy Zərdabi öz dilimizdə ilk dəfə «Əkinçi» adlı qəzet çıxarıb. Bu, o demək deyil ki, Azərbaycan mətbuatının 132 yaşı var. Elə bayaq xatırladığımız iki qırıq demokratik hakimiyyətin ömrü qədər də «Əkinçi»nin ömrü olub. İki ildə cümhuriyyət dövrünü bura əlavə edək, qoy eləsin 4 il. 1988-1998-ci illər arası mətbuatımız senzura altında fəaliyyət göstərib. O illəri yaşayanların yadında qalmış olar, qəzetlərdəki materiallar ala-bula çap olunurdu. Çünki senzura materiallarda xoşuna gəlməyən yerləri kəsib-doğrayırdı. Yəni bu senzuralı keçən 10 il mətbuatın bərkiməsində rol oynasa da, o illər azad mətbuat, açıq söz, sərbəst fikir dövrü sayıla bilməzdi. Qaldı, 1998-ci ildən bu yana olan mətbuat tariximiz isə ən cavan jurnalistin də gözləri qarşısındadır: pulsuzluq, hakimiyyət tərəfindən düşmənçilik, təhdidlər, təhqirlər, hədələr, fiziki təcavüzlər, türmələr və güllələr. Yəni Azərbaycanda söz azadlığının nə qədər yaşı olar? Bələkdəki körpənin yaşı qədər yaşı varmı, görəsən, ay qarmonçalan?!
Mətbuat Şurası dillərə bir söz salıb: «Reket jurnalist». Əvvəla, «reket» nə deməkdir? Mən həqiqi reketləri Rusiyada gördüm. Onlar dəstə-dəstə fəaliyyət göstərir. Başçıları olur. Bu reket dəstəsində əsasən qoluzorlu, idmançı gənclər toplaşır. Reket dəstələri şəhərləri, rayonları, ticarət obyektlərini öz aralarında bölüşürlər. Bir reket dəstəsi digər dəstənin qanadı altında olan əraziyə girmir. Onlar qanadı altına aldıqları ticarət obyektlərinin təhlükəsizliyinə cavabdeh olurlar və əvəzində hər obyektdən faiz alırlar. İndi deyin görüm, bu mənada bizdə hansı jurnalisti reket adlandırmaq olar? Bizdə hansı jurnalist gedib bir mağazaya, sexə, şadlıq sarayına hansısa bir ticarət obyektinə faiz qoyub? Yaxud hansı müstəqil jurnalist belə bir iş görə bilər?
İcazə verin, «reket jurnalist» sözünü özümüz üçün izah eləyək. Bayaq dedik axı, bizim azad söz tariximizin yaşı bələkdəki körpənin yaşı qədərdir. Ona görə də belə bir soyğunçu hökumətdə  jurnalist sözünün heç bir qorxusu və çəkisi yoxdur. Jurnalist görür ki, iri məmurların korrupsiyasından nə qədər yazsa da, heç nə düzəlmir. Heç nə düzəlməyəndə də Azərbaycan vətəndaşı olan bu jurnalist yaşaya bilmir, başlayır qorxan məmur axtarmağa. Qorxan məmur da, adətən, böyük məmurların qəzəbindən qorxan kiçik məmurlardır. Əlbəttə, bu sistemin içində işləyən hər bir məmur istər-istəməz müxtəlif maxinasiyalara bulaşıqlı olur. Ona görə də jurnalist qələmindən qorxan bəzi xırda məmurlar hərdən jurnalistə rüşvət verirlər. Bu haqq-hesab əlli dollardan ən uzağı üç yüz dollara qədər qalxa bilər. Ondan artığına heç vaxt inanma! Sözlərimə dirək kimi sual verə bilərəm: Kim mənə elə bir «reket jurnalist» göstərə bilər ki, onun maşını (əgər varsa), mənzil şəraiti (əgər varsa), əlavə biznesi (əgər varsa) iqtidar yönlü qəzet və televiziya jurnalistlərinin maşınından, mənzilindən və əlavə biznesindən zəngin olsun? Camaatı dolamayın. Reket özünüzsünüz!


1
Shahane yazıb:

Duz soze ne deyesen

İyul 26, 2007 10:17


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha