RÖYA AZƏRBAYCAN ŞOU-BİZNESİNİ TƏRK ETDİ
Sərdar Ortacla 10 illik müqavilə bağlayan Röya Türkiyəyə getdi...
Gənc müğənni Röya məşhur Türkiyə sənətçisi Sərdar Ortacla 10 illik əməkdaşlıq müqaviləsi imzalayıb. Bununla bağlı mətbuat konfransı keçirən Röya S.Ortacın onun səsini internetdə dinlədiyini və bəyəndiyini bildirib: "Sərdar Ortac internetdə dörd Azərbaycan müğənnisinə qulaq asıb. Onların içərisində ən çox mənim səsimi bəyənib və Нahid Emiloğlu vasitəsilə mənimlə əlaqə saxlayıb. Əvvəlcə təklifi qəbul etmək istəyində deyildim. Çünki bu çox uzun zamandır. Ancaq sonra bu işin mənə uğur gətirəcəyinə inandım və razılıq verdim".
Müqavilənin şərtlərini açıqlayan müğənni deyib ki, Azərbaycanda 10 il müddətində solo-konsert verməyəcək: "Albom çıxarmağıma, yeni mahnı yazdırmağıma, "zəngimcell"də musiqilərimin yer almasına, internetdə şəkillərimin yayımlanmasına da qadağa qoyulub. Yalnız bu zamana kimi ifa etdiyim musiqilərə klip çəkdirmək hüququm olacaq. Ancaq toylara və şou-proqramlara qatılma şansım var. Çünki bunlar mənim şəxsi işlərimdir".
Müqavilə Röyanı bir müddət ana olmaqdan da məhrum edib: "Bu il ana olmaq istəyirdim. Ancaq buna qəti etiraz etdilər. Dedilər ya ana olduqdan sonra işə başlayaq, ya da gözləməlisən. Mən isə iki ildən sonra ana olmağı qarşıma məqsəd qoymuşam. Müqavilənin şərtləri buna imkan verməsə də, mən təşkilatçılarla danışıb, bu işi həll etməyi düşünürəm".
Müqavilə müddətində Röya Sərdar Ortacla birgə Türkiyədə iki albom buraxdıracaq. Albomun birində Röyanın 11 mahnısı, digərində isə Sərdar Ortacla 4 dueti yer alacaq: "Alboma daxil olacaq iki duetə klip çəkilişi nəzərdə tutulub. Albomlarda Sezen Aksunun da bəstələri yer alacaq. Mən müqavilə müddətində Azərbaycana gedib-gəlmək hüququna malikəm. Bu müddət ərzində ailəmin maddi problemlərini həll edəcəyəm. Çünki onların bütün yükü mənim üzərimdədir".
Tədbirin sonunda isə Röya mətbuat nümayəndələrinin gözü qarşısında Sərdar Ortacla müqaviləsini imzalayıb.
"Elnurla münasibətim çox pisdir. Elnurdan iki il əvvəl küsən mən olmuşam. Buna səbəb isə sənətdə olan bəzi qadınlarla mənim haqqımda danışdığı söhbətlər olub. Onun mənim haqqımda danışdıqlarını öz qulağımla pərdə arxasında olarkən eşitmişəm", -bu sözləri isə Röya APA-ya açıqlamasında deyib.
Elnurun bu hərəkətindən sonra ondan soyuduğunu və qəlbən incidiyini bildirən sənətçi buna baxmayaraq, barışmaq üçün ilk addımı özünün atdığını söyləyib: "Mənim ondan küsməyə haqqım var, ancaq iki dəfə toyda rastlaşarkən barışmaq üçün salam versəm də, salamımı almayıb".
Xalq artisti İlhamə Quliyeva ilə barışdıqdan sonra gəzən şayiələrə də aydınlıq gətirən sənətçi bu addımı heç bir təzyiq altında atmadığını vurğulayıb: "Mən "Azəristar"a gələndə, artıq İlhamə Quliyeva ilə barışacağamı bilirdim. Yaxşı deyildi, mənim böyüyümdü. Onunla barışmaq üçün heç kim mənə təzyiq göstərməyib. Bu addımı öz ağlımla atmışam".
Aygün Kazımova ilə də danışdığını bildirən Röya onunla münasibətinin pozulmasında başqalarını günahkar bilib: "Bizim aramızda bir çox vasitəçi var idi, olmayan sözlər danışırdılar. Tolik mənim yanımda olanda bütün gün Aygün Kazımovanın qeybətini qırırdı. Ancaq mən hər zaman ona bu söz-söhbətdən narazı olduğumu bildirirdim. Aygün Kazımovaya isə Tolikin onun haqqında danışdıqları məlum idi. Elə bu səbəbdən onu yanına çağırmışdı. Aygün Kazımovanın yeganə məqsədi onu sındırmaq idi və bunu bir ay müddətində çox gözəl bacardı".
Restoranlarda keçirilən şou-proqramlardan iyrəndiyini gizlətməyən gənc müğənni bildirib ki, bir ildən artıqdır bu cür proqramlarda çox az hallarda çıxış edir.
vahid fuadı dəstəklyir...
İyul 26, 2007 17:13
elman vahidi dəstəkləyir.
İyul 26, 2007 22:47
![]()
İyul 26, 2007 23:00



Allaha şükür, cemiyyet bir nefer atxotdan temizlendi...
İyul 26, 2007 17:11