Reklam verin!

Narınqala dağılmaq təhlükəsi ilə üzləşib

“Qədim Şəmkir şəhərindəki Narınqala dağılmaq ərəfəsindədir. Onun qarşısından axan su kanalı abidəyə ciddi dağıdıcı təsir göstərir, qalanı məhv edir. Bu kanalın qazıntısı, suyu abidənin Şəhristan hissəsini xeyli dağıdıb. Bu hadisə mədəniyyət abidəsinə qarşı son illərin ən böyük vandalizmidir. Bu abidənin dövlət tərəfindən qorunduğunu dəfələrlə bildirmişik, şikayət etmişik, amma bir nəticəsi yoxdur”. Bu barədə APA-ya Qədim Şəmkir şəhərində tədqiqat aparan ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin müdiri Tarix Dostuyev məlumat verib.

Onun sözlərinə görə, ekspedisiya orta əsrlərə aid Qədim Şəmkir şəhərinin Narınqala hissəsinin, qala divarlarının torpaq qalıqlarından azad etmək, üzə çıxarmaq məqsədi ilə tədqiqat aparır. Şərq tərəfdən 80 metr qala divarı tamamilə açılıb, hazırda Narınqalada arxeoloji qazıntılara başlanılıb. Ekspedisiya rəhbərinin bildirdiyinə görə, kanal qazıntılara da mane olur.
Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin aparıcı məsləhətçisi Fazil Məmmədovun APA-ya bildirdiyinə görə, Qədim Şəmkir şəhəri ərazisindən su kanalının axmasının qarşısını almaq məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət olunub. Bu qurum tərəfindən bir neçə təklif irəli sürülsə də, məsələ hələ də öz həllini tapmayıb. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Şəmkirdə tədqiqat aparan ekspedisiyanın işi sentyabr ayına kimi davam edəcək.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha