Qorbaçov reklama çəkilib
SSR-nin ilk və yeganə prezidentinə bunun müqabilində 1 milyon avro qazanacaq
SSRİ-nin keçmiş prezidenti Mixayıl Qorbaçov reklama çəkilib. Qeyd edək ki, Qorbaçov 10 il əvvəl pitsa restoranlar şəbəkəsi «Pizza Hut»-un reklamına çəkilmişdi. Baş rolun ifaçısı da daxil olmaqla rolun bütün büdcəsi 1 milyon dollar olub.
İndi isə eks prezident «Louis Vuitton» reklamında çəkilir. Tanınmış jurnalın avqust nömrəsi üçün fotosesiyanı məşhur fotoqraf Enni Leybovis keçirib. Qorbaçovdan başqa reklam aksiyasında Andre Aqassi, Şteffi Qraf və Katrin Denev də iştirak edib.
Məumata görə, Qorbaçovun qonararı «100 minlərlə avro» dəyərində olacaq.
Reklamda Şteffi Qraf və Andre Aqassi mehmanxana otağında qucaqlaşmış vəziyyətdədirlər.
Katrin Denev isə istirahət edir. Qorbaçov reklamda avtomobilin arxa oturacağında oturmuş, bir əli ilə qapını tutaraq pəncərədən çölə baxan vəziyyətdə görünür. Tanınmışlar reklamda səyahətin gözəlliyini təcəssüm edirlər.
Qeyd edək ki, Qorbaçovun çəkilişlərdə iştirakı üçün uzun müddət danışıqlar aparılıb. O yalnız kompaniyanın nümayəndəsi ilə görüşəndən və reklamın mənasını başa düşəndən sonra razılıq verib./ANS PRESS/


