DA VINÇINİN YENİ ŞİFRƏSİ

Leonardo da Vinçinin romanlara mövzu olan "Hz. İsanın Son Axşam Yeməyi" adlı tablosunda, daha bir sirli şifrənin olduğu aydınlaşdı. Bilgisayar alimi Slavisa Pesçi, tablonun üzərinə, xüsusu texniki vasitələrdən istifadə edərək, onun güzgüdəki əksini əlavə etdi. Ortaya çıxan sonuc hər kəsi heyrətləndirdi. Belə ki, normalda tabloda olmayan iki xarakter bu halda sirli bir şəkildə aydınlanaraq, görünməyə başlayır: Hz. İsanın yanında, qucağında uşaq tutan bir qadın görünür. Bu qadının Məcdəli Məryəm olduğu və “Da Vinçi Şifrəsi” romanında da yazıldığı kimi- Hz. İsanın uşağını tutduğu iddia edilir.
Pesçinin bu ilginç kəşfinin yayımlandığı sitələr insanların aşırı marağı ilə üzləşdi. leonardodavinçi.tv, codeicedavinçi.tv, cenacolo.biz və leonardo2007.com sitələri, fantastik sayda müraciətlərdən çöktü. Son 10 gündə bu sitələrə 15 milyon adam girdi.
DA VİNCİ ŞİFRƏSİ NƏDİR?
Yazar Dan Brown’un "Da Vinçi Şifrəsi" adlı kitabında Xristiyanlığın müqəddəs əmanətlərindən olan "Müqəddəs Kasa"nin sirrindən danışılır. Satış rekordlarını qıran kitab əsasında film də çəkilib. Əsərdə Harvard Üniversitətinin professoru Robert Lanqdon, Paristə işgüzar səfərdə ikən , gecə yarısı, Luvr muzeyinin yaşlı müdirinin öldürülmüş halda tapılması xəbərini alır.
Lanqdon və fransız həmkarı Sofiya Nevyu hadisəni araşdırmağa girişərək, böyük bir sirrin izinə düşürlər.
İzlər onları Da Vinçinin məşhur “Mona Liza” tablosuna gətirib çıxarır. Məlum olur ki, böyük rəssam "Müqəddəs Kasa"nın sirrini hər kəsin görə biləcəyi bir yerdə- tablonun içində gizlətmişdir.
Hadisəyə çevrilən kitabda, Katoliklərin İsa Peyğəmbərin “Tanrının oğlu” olması inancına qarşı tezislər yer alır. Kitaba görə İsa, adi bir insandır. Üstəlik Katolik aləmi tərəfindən fahişə olaraq qəbul edilən Mariya Maqdelena (Məcdəli Məryəm) ilə evlənmiş və bir uşağı olmuşdur.
Pesçinin yeni kəşfində tabloda Hz.İsanın yanında peyda olan qadının məhz Mariya Magdalena, qucağındakı uşağın isə İsanın oğlu olduğu iddia edilir.


