Reklam verin!

Azərbaycanda 3500 "məxfi milyonçu" var

Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da rəsmi və qeyri-rəsmi milyonçular var. Varidatlarını və bizneslərini rəsmi strukturlarla ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən gizlətməyən, hətta əksinə, zənginliyi ilə tam normal qaydada öyünən milyonçuolardan fərqli olaraq, "məxfi milyonçular" bütün varidatlarını ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirərək, kölgədə qalmağa üstünlük verirlər.

Varidatı $1 milyonu aşan adamların sayı barədə heç bir rəsmi mənbədən məlumat almaq mümkün deyil. Belələrinin sayı dövlət orqanları tərəfindən qeydə alınmır və kütləvi informasiya sayılmır.
Nyu-Yorkda çıxan "NRS" postsovet ölkələrindəki "məxfi milyonçular"ın təxmini reytiqini hazırlayıb.
Belarus və Ermənistan kimi ölkələrdə qanunvericilik vətəndaşların kapitalı barədə məlumatları məxfiləşdirərək, "kommersiya sirri" sayır, Azərbaycan və Gürcüstanda iş adamları yarıməxfi-yarıleqal şəkildə milyonçu sayılır, postsovet məkanının bütün dövlətlərində isə yüksək çinli dövlət məmurları faktiki qaydada milyonçu olsalar da, onların varidatı barədə informasiya verənləri "böhtançı" adlandıraraq, "şərəf və ləyaqətin müdafiəsi"ylə bağlı məhkəmə qarşısında iddia qaldırırlar.
Lakin işgüzar adamlar üçün informasiya bülletenləri, müstəqil ekspert araşdırmaları, agentliklər və maliyyə analitiklərinin verdikləri məlumatlar əsasında MDB məkanı ölkələri, o cümlədən Azərbaycandakı qeyri-rəsmi milyonçuların varidatı və onların sayı barədə müəyyən təsəvvürə malik olmaq mümkündür.
İsveçrədəki beynəlxalq "RGG Finance" konsaltinq şirkəti ilə Belçikadakı "Europan Consulting Agensy" qrupu da postsovet məkanındakı qeyri-rəsmi milyonçuların sayını müəyyənləşdirməyə çalışıb. Ekspertlərin dediklərinə görə, bu şirkətlərin siyahı, reytinq v hesabatlarındakı fərqlər isə müxtəlif ölkələrdəki real situsiyaya yox, "məxfi milyonçu"ların gəlir və varidatlarını dövlətdən gizlətmək bacarıqlarından xəbər verir.
Məsələn, rəsmi statistikaya görə, Türkmənistan, Tacikistan, Özbəkistan və Belarusda dollar milyonçuları yoxdur. Bu ölkələrdə gəlirlərlə bağlı vergi bəyannaməsi anlayışı da mövcud deyil.
RGG şirkətinin eksperti Filipp Bertran-Anonun dediyinə görə,
Türkmənistanda milyonçular məhv edilib, ölkədən qaçıb, ya da həbsxanaya salınıb: "Mərhum Saparpurad Niyazov Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə ölkədəki varlı iş adamlarına divan tutmuş, onları müflisləşdirmişdi. Çünki diktatorların hamısı pullu vətəndaşlarından qorxur. Pul yoxdursa, pulluların silah satın alıb hakimiyyətə qarşı döndərəcəyi ilə bağlı təhlükə də yoxdur. Belarus və Tacikistan kimi dövlətlərdə isə kimsə öz varidatını açıqlamır: iş adamları repressiyalardan, dövlətin onların varidatını əllərindən alacağından çəkinirlər".
Moldovada isə rəsmi 20 milyonçu və 3 milyarder var.
Oleq Voronin kimsədən çəkinmir, çünki Moldova prezidenti Vladimir Voroninin oğludur. Milyarder Qabriel Statinin Rumıniya, Nikolay Çyornının isə Rusiya, Rumıniya və Ukrayna vətəndaşlıqları var.
Kişinyovdakı "İDİS İnternational" İnstitutunun departament rəhbəri Nikolae Kolontyanu "Ekspress" əməkdaşına verdiyi açıqlamasında bildirib ki, ölkədə gəlirlərlə bağlı vergi bəyənnaməsinin təqdimatı strukturu olmadığından, milyonçuların sayını dəqiqləşdirmək mümkün deyil: "Bizimkilər bəlkə də dünyanın ən utancaq milyonçularıdır. Məlumatlarımız var ki, ölkədə 28 milyonçu yaşayır. Amma onların istənilən biri barəsində kütləvi informasiya vasitələrinin hər hansında "milyonçu" kəlməsi işlənərsə, mütləq məhkəməyə müraciət edəcək, milyonu olmadığını and-aman edəcək".
Belarusdakı "Priorbank"ın idarə heyətinin sədri Yevgeni Kostyuçenko isə ölkədə təxminən 10 min "məxfi milyonçu"nun olduğunun və onların hər birinin varidatının ən azı $2-3 milyon təşkil etdiyi söyləsə də, kimsə kapitalını açıqlamaq niyyətində deyil.
Tacikistana gəldikdə isə, Düşənbədəki Müstəqil İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Səydulla Əhmədcanov "Ekspress"ə dedi ki, ölkənin ən varlı adamları hər biri ən azı $3-4 milyard varidata malik prezident Emoməli Rəhmonla onun qudası, "OrientBank"ın sahibi Həsən Sədullayevdir.
"Məxfi milyonçular arasında isə ən varlıları baş prokuror Bobocon Boboxonov, DİN başçısı Məhmədsəid Salehov, energetika və sənaye naziri Şirəli Gülov, müdafiə naziri Şirəli Xayrullayev, maliyyə naziri Azim Nəcmiddinov, Milli Bankın prezidenti Murodəli Əlimərdonov, Vergi Komitəsinin sədri Hakim Soliyevdir. Bizim ölkənin "özəl" xüsusiyyətlərindən biri də budur ki, "məxfi milyonçu"lar arasında bir nəfər olsun belə, iş adamı yoxdur: pulluların hamısı məmurlar, hakimiyyət mənsublarıdı", - S.əhmədcanov dedi.
Milyonçuların sayına görə isə MDB məkanında absolyut rekordçu Rusiyadır. Buradakı pullular da varidatlarının həcmini açıqlamaqdan qorxurlar və maksimum dərəcədə məxfiliyi qorumağa üstünlük verirlər. Lakin son vaxtlar Rusiya zənginlərinin kapitallarını çox sürətlə Qərbə köçürmələri nəticəsində 1990-cu illərin əvvəllərindən bəri qapalı və gizli saxlanan gerçəklik üzə çıxıb.
Sadaladığımız beynəlxalq ekspert şirkətlərinin hesablamalarına görə, hazırda Azərbaycanda 3500 nəfər idollar milyonçusu var: onların 99,84%-i "məxfi milyonçu" sayılır və varidatlarını rəsmən açıqlamayıblar.
Ermənistanda 34, Belarusda 8 min, Gürcüstanda 790, Qazaxıstanda 9960, Qırğızıstanda 720, Latviyada 600, Litvada 3100, Moldovada 28, Ukraynada 120, Estoniyada 600, Özbəkistanda 250, Rusiyada isə 132 min dollar milyonçusu yaşayır.

Həsən AĞACAN


1
qayib yazıb:

qayib

İyul 5, 2008 0:10


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha