Azərbaycanın ilk dini xəritəsi hazırlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. İclasda Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər, perspektivlər" kitabları Məşvərət Şurasının üzvlərinə paylanılıb. Kitabda Komitənin təşkilatçılığı ilə 3-4 aprel 2007-ci il tarixdə keçirilmiş beynəlxalq konfransın materialları, prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub, tədbirdəki çıxış və məruzələr daxil edilib.
Kitab dinşünaslar, siyasətçilər, tədqiqatçılar və müəllimlər üçün nəzərdə tutulub. Sonra komitənin hazırladığı ilk dini xəritə Şuraya təqdim edilib. Şura üzvləri eyni zamanda, ölkədəki mövcud dini durumu müzakirə ediblər. İclasda bir sıra dini qurumların nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı bütün konfenssiyaların əlamətdar günlərini özündə əks etdirən ümumi təqvimin hazırlanması qərara alınıb. Sonda Şuranın 2008-ci il üçün fəaliyyət planı təsdiq edilib("OLAYLAR"İA).


