Reklam verin!

Kitablarına görə evindən qovuldu

ABŞ-ın Pensilvaniya ştatındakı Uilks-Barre şəhərinin meriyası 59 yaşlı kitabsevər Con Puçnyakın evini müsadirə edib.
Evsiz qalan Puçnyak mehmanxanaya köçəmk məcburiyyətində qalıb.
Hər şey yanğın təhlükəsizliyi ilə bağlı adi yoxlamadan sonra başlayıb. Şəhər adminsitrasiyasının məmurlarının fikrincə, qoca Puçnyakın evindəki 3000 kitab "yanğın təhlükəsi mənbəyidir".
Məhkəmə meriyanın tərəfini tutub. Hökmdə bildirilir ki, C.Puçnyak ya evindəki "kitabları qaydaya salıb şikayət üçün əsasları ləğv etməli, ya da evindən məhrum olmaqla razılaşmalıdır".

Biləcəridə söküntü dayandırıldı

Dövlət Dəmir Yolu İdarəsi obyekt sahibləri ilə danışıqlara başladı

Dövlət Dəmir Yolu İdarəsinin "Yol" İstehsalat Birliyi dəmir yolunun təhkim zolağının Biləcəri istiqamətində yerləşən obyektlərin söküntüsünü dayandırıb. Bu barədə məlumat "OLAYLAR"a Dövlət Dəmir Yolu İdarəsindən verilib. Köçürülmə işlərinin dayandırılmasına səbəb obyekt sahiblərinin narazılığı və işçilərlə ərazidə yaranan qarşıdurma olub. Nəticədə bir neçə obyekt söküldükdən sonra iş dayandırılıb. Hazırda Dövlət Dəmir Yolu İdarəsi obyekt sahibləri ilə yenidən danışıqlara başlayıb. "Yol" İstehsalat Birliyinin işçiləri isə hazırda Montin-Keşlə və   Keşlə-Biləcəri dəmir yolu istiqamətindəki obyektlərin köçürülməsini davam etdirir. Məlumatda bildirilir ki, dəmir yolu işçiləri yaxın vaxtlarda Buzovna, Mərdəkan, Zabrat, Sabunçu, Hövsan, Suraxanı   və digər ərazilərdə də təhkim zolağının kənarındakı obyektlərin köçürülməsinə başlayacaq.

Zaqatalada armud ağacında qoz bitib

Zaqatalada qeyri-adi təbiət hadisəsi baş verib. Rayonun Danaçı kəndində Həbib Zutov adlı kənd sakininin həyətindəki armud ağacında qoz bitib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zutovlar ailəsi məlumat verib. H. Zutovun sözlərinə görə, 100-dən artıq yaşı olan armud ağacının koğuşunda əmələ gəlmiş qoz ağacının diametri 20 santimetrdir.

Davamı...

RÖYA AZƏRBAYCAN ŞOU-BİZNESİNİ TƏRK ETDİ

Sərdar Ortacla 10 illik müqavilə bağlayan Röya Türkiyəyə getdi...

Gənc müğənni Röya məşhur Türkiyə sənətçisi Sərdar Ortacla 10 illik əməkdaşlıq müqaviləsi imzalayıb. Bununla bağlı mətbuat konfransı keçirən Röya S.Ortacın onun səsini internetdə dinlədiyini və bəyəndiyini bildirib: "Sərdar Ortac internetdə dörd Azərbaycan müğənnisinə qulaq asıb. Onların içərisində ən çox mənim səsimi bəyənib və Нahid Emiloğlu vasitəsilə mənimlə əlaqə saxlayıb. Əvvəlcə təklifi qəbul etmək istəyində deyildim. Çünki bu çox uzun zamandır. Ancaq sonra bu işin mənə uğur gətirəcəyinə inandım və razılıq verdim".

Davamı...

Azərbaycan prezidenti məzuniyyətdən qayıdıb

Azərbaycan prezidenti İlham Əliyevin qısamüddətli məzuniyyəti başa çatıb.
Prezident Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məzuniyyətdən qayıdan dövlət başçısı bu gündən işə başlayıb.


« Əvvəlki səhifə   Yazılar cəmi: 16    Sonrakı səhifə »