Ramil Səfərovun 30 yaşı tamam olub
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ömürlük azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayan Budapeşt Şəhər Apelyasiya Məhkəməsinin 22 fevral 2007-ci il tarixli qərarından hələ ki kasasiya şikayəti verilməyib.
Ramil Səfərovun atası Sahib Səfərov APA-ya bildirib ki, kasasiya şikayətinin verilib-verilməməsi barədə R. Səfərovla məhkəmə nəzarətçiləri arasında olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxarılan hökmündən verilən apellyasiya şikayətinə baxılandan sonra qərar veriləcək. S. Səfərovun sözlərinə görə, apellyasiya şikayətinə nə zaman baxılacağı hələ məlum deyil: “Artıq Macarıstan məhkəmələri yay tətilini başa vurur. Yəqin ki, yaxın zamanlarda bu işə baxılacaq”.
Azərbaycanda 3500 "məxfi milyonçu" var
Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da rəsmi və qeyri-rəsmi milyonçular var. Varidatlarını və bizneslərini rəsmi strukturlarla ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən gizlətməyən, hətta əksinə, zənginliyi ilə tam normal qaydada öyünən milyonçuolardan fərqli olaraq, "məxfi milyonçular" bütün varidatlarını ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirərək, kölgədə qalmağa üstünlük verirlər.
KANADADA AZƏRBAYCAN TELEVİZİYASI
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı Azərbaycan telekanalı açılıb. KADF ilə ROGERS TV arasında bağlanan müqaviləyə əsasən sentyabrın 1-dən efirə çıxması nəzərdə tutulan “AzCan TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla ROGERS TV-nin nəzdində fəaliyyət göstərəcək.
DA VINÇINİN YENİ ŞİFRƏSİ

Leonardo da Vinçinin romanlara mövzu olan "Hz. İsanın Son Axşam Yeməyi" adlı tablosunda, daha bir sirli şifrənin olduğu aydınlaşdı. Bilgisayar alimi Slavisa Pesçi, tablonun üzərinə, xüsusu texniki vasitələrdən istifadə edərək, onun güzgüdəki əksini əlavə etdi. Ortaya çıxan sonuc hər kəsi heyrətləndirdi. Belə ki, normalda tabloda olmayan iki xarakter bu halda sirli bir şəkildə aydınlanaraq, görünməyə başlayır: Hz. İsanın yanında, qucağında uşaq tutan bir qadın görünür. Bu qadının Məcdəli Məryəm olduğu və “Da Vinçi Şifrəsi” romanında da yazıldığı kimi- Hz. İsanın uşağını tutduğu iddia edilir.
DÜNYANIN ƏN YÜKSƏK BİNASI
Dubayda inşa edilən qüllə, 512,10 metrə yüksekliyə çataraq, dünyanın ən yüksək qülləsi oldu.
"Dubay Bürcü" adlı qüllə, Tayvanın paytaxtında yerləşən "Taypey 101"i artıq indidən 4 metr arxada qoymuş oldu.
Qüllənin inşasına 2004-cü ilin sonlarından başlanılmışdı.
Binanın artıq 141mərtəbəsi tikilib. İnşaat işləri hələ də davam edir və qüllənin neçə mərtəbə olacağı ilə bağlı açıqlanma verilmir.
"Dubay Bürcü"nün dəyərinin 20 milyard dollar olduğu bildirilir.


