Masonluq Azərbaycana gəldi
Mason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır
Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər verilib.
Məqalədə lojanın qurucusu olmaq istəyən "qardaşların” adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük sevinc və fəxrlə tamamladıqlarını deyiblər.
Azərbaycanın ilk dini xəritəsi hazırlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. İclasda Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər, perspektivlər" kitabları Məşvərət Şurasının üzvlərinə paylanılıb. Kitabda Komitənin təşkilatçılığı ilə 3-4 aprel 2007-ci il tarixdə keçirilmiş beynəlxalq konfransın materialları, prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub, tədbirdəki çıxış və məruzələr daxil edilib.
Azərbaycanlılar dalaşıb

Sankt-Peterburqda baş vermiş hadisədə üç nəfər yaralanıb
Sankt- Peterburqun meyvə bazarında Azərbaycan vətandaşları arasında dava düşüb. «Fontanka.ru» agentliyinin məlumatına görə, dava nəticəsində üç azərbaycanlı yaralanıb. 38,19 və 18 yaşlarında şəxslər çoxsaylı bıcaq yaraları ilə xəstəxanaya aparılıblar. Milisin verilən məlumata görə, azərbaycanlılar Sankt-Peterburqda qeydiyyatsız yaşayanlardır. Hadisənin səbəbləri araşdırılır. /ANS PRESS/
İntihar edənlərin çoxu kişilərdir
İlin əvvəlindən bəri Azərbaycanda 290 intihar hadisəsi qeydə alınıb. Dünyasını könüllü dəyişənlərin 39-i şimal rayonlarının sakinləridir. Daxili İşlər Nazirliyi və Məhkəmə-Tibbi Ekspertiza və Patoloжi Anatomiya Birliyindən verilən məlumata görə, intihar hallarının 11-i Qusar, 9-u Quba, 7-i Xaçmaz, 4-ü Dəvəçi, 6-sı Siyəzən, 2-i Xudat rayonunda baş verib. İntihar edənlər arasında kişilər qadınlardan təxminən iki dəfə çoxdur. Belə ki, şimal bölgələrindəki suisidlərin 25-i kişi, 14-ü isə qadınlarla bağlıdır.
İntihar formalarına gəldikdə isə, vətəndaşlarımız əksər hallarda özünü asma, kütl alətlə bədənə ağır xəsarət yetirməyə "üstünlük verirlər".
Bununla yanaşı 3 nəfər özünü güllə ilə vurub, 1 nəfər zəhərli kimyəvi maddə içib, 1 nəfər isə özünü boğub.
Narınqala dağılmaq təhlükəsi ilə üzləşib
“Qədim Şəmkir şəhərindəki Narınqala dağılmaq ərəfəsindədir. Onun qarşısından axan su kanalı abidəyə ciddi dağıdıcı təsir göstərir, qalanı məhv edir. Bu kanalın qazıntısı, suyu abidənin Şəhristan hissəsini xeyli dağıdıb. Bu hadisə mədəniyyət abidəsinə qarşı son illərin ən böyük vandalizmidir. Bu abidənin dövlət tərəfindən qorunduğunu dəfələrlə bildirmişik, şikayət etmişik, amma bir nəticəsi yoxdur”. Bu barədə APA-ya Qədim Şəmkir şəhərində tədqiqat aparan ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin müdiri Tarix Dostuyev məlumat verib.


