Güclü istilər nəticəsində Macarıstanda 500 nəfər ölüb
Güclü istilər Macarıstanda 500 nəfərin ölümünə səbəb olub. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Macarıstan Milli Tibb Mərkəzinin rəhbəri Ferenç Falus açıqlama verib. Onun sözlərinə görə, isti hava kütləsi keçən həftə Macarıstanın mərkəzində 230 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. F. Falus ölənlərin sayının artacağını istisna etməyib.


