Reklam verin!

"Metroda Şalvarsız Gəzinti" Aksiyası (Foto + VİDEO)

2 mindən artıq insan metroda şalvarsız qaldı

QayNar: ABŞ-ın  Nyu York şəhərində düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyası ilginc görüntülərlə yadda qaldı. Metroya mindikdən sonra, şalvarlarını çıxararaq alt paltarları ilə qalan aksiya iştirakçılarını görən sərnişinlər çaşqınlıqlarını gizlədə bilməyiblər.
Bu il 7-ci dəfə düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyasının ideya sahibi "İmprove Everywhere" adlı bir qrupdur.  Bu aksiya ilə metroya minənlərə əyləncəli dəqiqələr yaşatmağı məqsəd seçən flaşmoba 2 mindən artıq könüllü qatılıb.

Davamı burada

Orxan Pamuk siyasi kimliyini bəlli etdi


“Mən demokratiya və liberallaşma tərəfdarıyam”

Nobel mükafatını alandan sonra bu gün ilk dəfə İngiltərəyə gələn, Temza çayının sahilində yerləşən məşhur  mədəniyyət mərkəzi  “Queen Elizabeth Hall”-ın min nəfərlik zalında ədəbiyyatsevərlərlə görüşən türk yazıçısı Orxan Pamuk bir çox məqamlara aydınlıq gətirib.
Görüşün təşkilatşısı “The İndependent” qəzeti olub. Qəzetin ədəbi redaktoru Boy Tonkin açılışda yazıçının avtobioqrafiyası ilə görüş iştirakçılarını tanış edib.
Daha sonra söz alan Orxan Pamuk romanlarını yazarkən qızıyla gündəlik söhbətlərindən, İstanbuldan və həyatın içindən ilham aldığını söyləyib. İndiyə qədər 10 kitab yazdığını, amma bundan qat-qat çox qeydlər etdiyini və həmin qeydlərdən yeri gəldikcə yararlandığını deyən yazıçı günün əksər hissəsini yazı masasının arxasında  keçirdiyini bildirib: “Təbii ki, hər yazdığımla möcüzə yaratmıram, amma yenə davam edirəım”.

Davamı www.qaynar.info da

Blogçuların nəzərinə!

Blogunuza xəbər paneli yükləyin!

Blogunuzda hər an avtomatik yenilənən bir xəbər panelinin olmasını istərdinizmi? Hətta sizin blogunuza daxil olmağa, ordakı xəbərləri yeniləməyə vaxtınız olmayanda belə, blogunuza daxil olan ziyarətçi burda yeni xəbərləri tapa biləcək.
Belə ki, QayNar Portal (
www.qaynar.info) blog və sayt adminlərinə yeni xidmət təklif edir. QayNar Azərbaycan xəbər saytları içində yeganə saytdır ki, "öz saytına, bloguna xəbər paneli yüklə" xidməti təklif edir. Saytın verdiyi kodu öz saytınıza əlavə etməklə, siz blogunuzun gün ərzində dəqiqəbədəqiqə yenilənən xəbər panelini qurmuş olursunuz. Artıq saytınıza daxil olanlar istər Azərbaycanda, istərsə də dünyada baş verən bütün yeniliklərdən operativ şəkildə xəbər tutacaq.
Kodu bu linkdən əldə edə bilərsiniz: http://news.qaynar.info/webmaster/
Əlavə suallar yaranarsa,
zahirazamat@gmail.com elektron ünvanına müraciət edə bilərsiniz.

Bizim Blog

DA VINÇINİN YENİ ŞİFRƏSİ

"Hz. İsanın Son Axşam Yeməyi" tablosunun güzgüdəki əksi daha bir sirri ortaya çıxardı

Leonardo da Vinçinin romanlara mövzu olan "Hz. İsanın Son Axşam Yeməyi" adlı tablosunda, daha bir sirli şifrənin olduğu aydınlaşdı.  Bilgisayar alimi Slavisa Pesçi, tablonun üzərinə, xüsusu texniki vasitələrdən istifadə edərək, onun güzgüdəki əksini əlavə etdi. Ortaya çıxan sonuc hər kəsi heyrətləndirdi. Belə ki, normalda tabloda olmayan iki xarakter bu halda sirli bir şəkildə aydınlanaraq, görünməyə başlayır: Hz. İsanın yanında, qucağında uşaq tutan bir qadın görünür. Bu qadının Məcdəli Məryəm olduğu və “Da Vinçi Şifrəsi” romanında da yazıldığı kimi- Hz. İsanın uşağını tutduğu iddia edilir.

Davamı...

DÜNYANIN ƏN YÜKSƏK BİNASI

Dubayda inşa edilən qüllə, 512,10 metrə yüksekliyə çataraq, dünyanın ən yüksək qülləsi oldu.
"Dubay Bürcü" adlı qüllə, Tayvanın paytaxtında yerləşən "Taypey 101"i artıq indidən 4 metr arxada qoymuş oldu.
Qüllənin inşasına 2004-cü ilin sonlarından başlanılmışdı.
Binanın artıq 141mərtəbəsi tikilib. İnşaat işləri hələ də davam edir və qüllənin neçə mərtəbə olacağı ilə bağlı açıqlanma verilmir.
"Dubay Bürcü"nün dəyərinin 20 milyard dollar olduğu bildirilir.

qaynar.info

 


  Yazılar cəmi: 9    Sonrakı səhifə »